Baş nazirin köməkçisi həbs edildi - Casusluq ittihamı

Baş nazirin köməkçisi həbs edildi - Casusluq ittihamı

22 Dekabr 2017 21:53
Bəyəndim (0) Bəyənmədim (0)

Kiyev şəhərinin Şevçenko rayon məhkəməsi baş nazir Vladimir Qroysmanın casusluq ittihamı ilə saxlanılan köməkçisi Stanislav Yejovu 2 ay müddətinə həbs edilməsi barədə qərar verib.

Axar.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

Yejovun 17 fevral tarixinə qədər həbsdə saxlanılacağı bildirilib.

Xatırladaq ki, S.Yejov Rusiya kəşfiyyatının təlimatı ilə Ukrayna hökumətinin fəaliyyəti haqqında məlumatlar toplayıb.