Azərbaycan İslam Partiyası "Hizbullah"ın son qərarını pislədi

Azərbaycan İslam Partiyası "Hizbullah"ın son qərarını pislədi

2 Noyabr 2011 15:45
Bəyəndim (0) Bəyənmədim (0)
Partiya adından facebook-da təxribat xarakterli məlumatlar yayıldı

Facebook sosial şəbəkəsində İslam Partiyası adından fitnəkar bəyanat yayılıb. Bəyanat facebook-a partiyanın sədr müavini Akif Heydərlinin adına yaradılmış profil vasitəsilə yerləşdirilib. Bəyanatda "Hizbullah"ın İran qolunun noyabrın 4-də Təbrizdəki Azərbaycan konsulluğuna hücum edəcəkləri haqda hədəsinə dəstək ifadə olunur. Mətndə yazılır: "Ayın 4-də bu dinsiz hökumətin sonu olacaq. Biz bu yezidləri xəbərdar etmişdik. Bundan sonra etdiklərinə giriftar edəcəyik. İnşallah, Hizbullah ayın 4-də Təbrizdəki səfarətxananı zibilxanaya çevirəcək. Minlərlə dindar da Azərbaycanı sionizmdən xilas edəcək. Bunların polislərinin tutduqları silahlar uşaq oyuncaqlarıdır. Biz ayın 4-də göstərəcəyik silahlar necə olur...".

Partiyanın sədr əvəzi Elçin Manafov dərhal məlumata təkzib verdi: "Partiya hər hansı bəyanat verməyib və facebook-da yayılan mətndən xəbəri yoxdur." Partiya sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli də sədrin dediklərini təsdiqlədi: "Mənim ümumiyyətlə facebook-da səhifəm yoxdur və bu sosial şəbəkədə hər hansı mətn yerləşdirməmişik. Baş verənlər partiyamıza qarşı məkrli təxribatdır. Biz "Hizbullah"ın Təbriz konsulluğuna hücumu barədə hədə bəyanatını nəinki dəstəkləmirik, üstəlik bunu pisləyərək belə bir aksiyanın yolverilməz olduğunu bəyan edirik" - deyən partiya rəsmisi bununla belə AİP-in Azərbaycan hökumətini yaranmış problemləri danışıqlar yolu ilə aradan qaldırmağa səslədiyini bildirdi.

Elimizin belə bir məsəli var: "Mollanın dediyini elə, elədiyini eləmə"..

Sərvər Aslanov

O.M.