Aİ Azərbaycanın  ərazi bütövlüyünü dəstəkləyir

Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

20 Dekabr 2017 16:01
129
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Avropa İttifaqı (Aİ) üçün mühüm tərəfdaşdır və biz onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünu dəstəkləyirik.

Mediainfo.az xəbər verir ki, bunu Aİ-nin sözçüsü təşkilatın ATƏT-dəki nümayəndəliyinin fərqli mövqeyi ilə bağlı Trend-in sorğusuna cavabında bildirib. Aİ-nin sözçüsü qeyd edib ki, təşkilat Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyi prezident Donald Tusk prezident İlham Əliyevin 2017-ci ilin fevral ayında Brüsselə etdiyi səfər zamanı da ifadə edib.

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, Aİ rəsmisinin sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli üçün Aİ-nin hərtərəfli və fəal iştirakı şübhəsizdir: "Biz bu fəaliyyətimizi, əsasən, Cənubi Qafqaz üzrə xüsusi nümayəndəmiz vasitəsilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin həlli üçün göstərdikləri səyləri dəstəkləməklə və öz əlavələrimizi etməklə yerinə yetiririk".

Təşkilatın sözçüsü qeyd edib ki, Aİ münaqişənin həlli yolunda etimad və sülhün bərqərar olmasına kömək edir və bu istiqamətdə Dağlıq Qarabağ Münaqişəsinin Sülh Yolu ilə Həlli Naminə Avropa Tərəfdaşlığı proqramını həyata keçirir.