Türk dövlətinin taleyi həll edilir: Putin onunla görüşür

Türk dövlətinin taleyi həll edilir: Putin onunla görüşür

20 Dekabr 2017 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Prezidenti Vladimir Putin bu gün Tatarıstan lideri Rüstəm Minnixanovla görüşəcək.

Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. O, görüşdə müzakirə olunacaq məsələlərlə bağlı açıqlama verməyib.

Qeyd edək ki, son günlər Moskvanın Tatarıstana təzyiqləri artıb. Belə ki, Kreml Tatarıstanda tatar dilinin icbari tədrisini tam qadağan edib. Üstəlik, Tatarıstan rəhbərinin "prezident" adlandırılması dayandırılıb.Axar.az