ABŞ kəşfiyyatının eks-şefi: Tramp Putinin casusudur

ABŞ kəşfiyyatının eks-şefi: Tramp Putinin casusudur

19 Dekabr 2017 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp özünü Rusiya kəşfiyyatının casusu kimi aparır.

Bunu jurnalistlərə açıqlamasında ABŞ Milli Kəşfiyyatın keçmiş direktoru Ceyms Klepper söyləyib.

"Biz bazar günü gördük ki, Putin gözəl kəşfiyyatçıdır və mənbəni necə əldə etməyi bilir. O, casusla necə davranılmalı olduğunu bacarır. ABŞ prezidenti ilə də məhz bu cür hərəkət edirlər. Xatırlayın, Putin haradan gəlib. O, KQB casusudur. Onlar işləyirlər, onlar casuslar şəbəkəsi yaradırlar", – deyə o bildirib. Axar.az