“Erməni “soyqırımı”nı Azərbaycana görə tanımırıq”

“Erməni “soyqırımı”nı Azərbaycana görə tanımırıq”

19 Dekabr 2017 12:43
165
Bəyəndim (0) Bəyənmədim (0)

"İsrail erməni soyqırımını Azərbaycana görə tanımır". Bunu İsrailin müdafiə naziri Aviqdor Liberman RTV1 telekanalına müsahibəsi zamanı bildirib.
AzVision.az xəbər verir ki, veriliş zamanı aparıcının "Bəzi beynəlxalq təşkilatlar Türkiyəyə təzyiq etmək məqsədilə İsraili "erməni soyqırımını" tanımağa çağırırlar, siz buna necə baxırsınız" sualına cavab olaraq, baş nazir bildirib ki, "Bu, hər şeydən əvvəl, tarixi, həm də, mübahisəli məsələdir. "Erməni soyqırımı" ilə bağlı İsrailin mövqeyi dəyişməzdir".

Nazir xüsusilə qeyd edib ki, İsrailin qondarma "erməni soyqırımı"nı tanımaması birbaşa olaraq ölkəsinin Azərbaycanla münasibətləri ilə bağlıdır. "Sözsüz ki, Azərbaycanla əlaqələrimiz bizim üçün daha vacibdir",- deyə, Aviqdor Liberman bəyan edib.

Qeyd edək ki, İsrailin müdafiə nazirinin bu bəyanatı son zamanlar "Azərbaycan və İsrail əlaqələrinin sonunun çatdığı" barədə məlumatlar dərc edən rus və erməni mətbuatına da tutarlı cavabdır.