Üç ölkənin  xarici işlər nazirləri  Bakıda görüşəcək

Üç ölkənin xarici işlər nazirləri Bakıda görüşəcək

19 Dekabr 2017 11:33
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 20-də Bakıda Azərbaycan - İran – Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək.

Moderator.az XİN-ə istinadən məlumat verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə Respublikasının xarici işlər naziri Mövlüd Çavuşoğlunun iştirakı ilə Azərbaycan – İran - Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək.

Görüşdən sonra nazirlərin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.