ABŞ-da 40 milyon insan ağır vəziyyətdə yaşayır

ABŞ-da 40 milyon insan ağır vəziyyətdə yaşayır

19 Dekabr 2017 09:23
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da 40 milyondan çox insan və yaxud hər 8 nəfərdən biri yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.

APA-nın "gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin ifrat yoxsulluq və insan haqları məsələsi üzrə xüsusi məruzəçisi Filip Olston bildirib.

"Bu, ABŞ-da insanların dünyanın digər zəngin ölkələri ilə müqayisədə sosial statusunu yüksəltmək üçün ən az imkanlara malik olması ilə bağlıdır", deyə F.Olston vurğulayıb.

BMT təmsilçisi əmindir ki, ABŞ prezidenti Trampın siyasəti nəticəsində ölkədə yoxsulluğun miqyası daha da artacaq. "Xüsusən, Ağ Evin vergi sahəsində yeritdiyi siyasət ən kasıb amerikalıların 20%-i üçün dağıdıcı fəsadlara gətirib çıxara bilər", deyə F.Olston qeyd edib.