İran ABŞ-dan "Terror" xəbərinə görə üzr istəməsini tələb edir

İran ABŞ-dan "Terror" xəbərinə görə üzr istəməsini tələb edir

1 Noyabr 2011 23:10
Bəyəndim (0) Bəyənmədim (0)
Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi isə İrana hədə-qorxu gəldi

İnterfax.ru xəbər agentliyi İranın ingilisdilli Press TV kanalına istinadən məlumat verir ki, rəsmi İran ABŞ administrasiyasından qaldırdığı qalmaqala görə təkzib verməsini və üzr istəməsini tələb edir. Belə ki, oktyabrda ABŞ xüsusi xidmət orqanları İranın İslam İnqilabı Keşikçilər Korpusunun Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirini öldürməyə hazırlaşdığı barədə məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, bir müddət əvvəl İran mənşəli 2 ABŞ vətəndaşı İslam İnqilabı Keşikçilər Korpusunun xəfiyyələri tərəfindən əməkdaşlığa cəlb edilərək, terror aktını boyunlarına götürüblər. Lakin onların ifşa olunması ilə terror aktı baş tutmadı.

Bu məlumat yayıldıqdan dərhal sonra Səudiyyə Ərəbistan taxt-tacının vəliəhdi Naif bin Abdel Əziz bu məsələnin İrana baha başa gələcəyini bildirməklə, İslam dövlətinə açıq-aydın hədə-qorxu gəldi. ABŞ prezidenti Barak Obama isə İrana qarşı sanksiyaların daha da sərtləşməsi təklifi ilə çıxış etdi. O, İranı özünün də daxil olduğu 1978-ci ildə imzalanmış "Beynəlxalq səviyyədə qorunan şəxslərin qorunması" Konvensiyasının şərtlərini pozmaqda ittiham etdi.

İranın Xarici İşlər Nazirliyi İsveçrənin bu ölkədəki səfirinə etiraz məktubunu çatdırdı. Belə ki, bu günədək İranla ABŞ arasında diplomatik əlaqələr yoxdur.

Terror bəşəriyyətin düşmənidir. Dinindən asılı olmayaraq, bütün terrorçular şeytana ibadət edirlər...

Sərvər Aslanov

O.M.