Saakaşvili Poroşenko ilə barışmaq istəyir

Saakaşvili Poroşenko ilə barışmaq istəyir

17 Dekabr 2017 08:20
115
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvili ölkə prezidenti Pyotr Poroşenkoya məktub göndərib.

"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "1+1" telekanalı mənbələrinə əsasən məlumat yayıb.

Məlumata görə, Saakaşvilinin Poroşenkoya barışıq təklifi etdiyi iddia olunur.

"Poroşenkoya məktub artıq göndərilib. Mişa barışıq təklif edir", - deyə məlumatda bildirilir.

M. Saakaşvilinin komandasından isə belə bir məlumatlarının olmadıqlarını bildirib.

Bundan əvvəl M.Saakaşvili P.Poroşenko ilə razılığa gəlməyin vacibliyini vurğulamışdı.