Eldar Mahmudov hər an həbs edilə bilər

Eldar Mahmudov hər an həbs edilə bilər

16 Dekabr 2017 21:59
138
Bəyəndim (0) Bəyənmədim (0)

Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov, qeyri-iş günü olmasına baxmayaraq, bu gün də Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsində ifadə verir. Bu barədə "AzPolitika.info"ya mötəbər mənbələrdən məlumat daxil olub.

Məlumatda bildirilir ki, E.Mahmudov səhər 09:00 radələrində İstintaq İdarəsindədir, günorta 1 saatlıq nahar fasiləsindən sonra yenidən bura qayıdıb. Sabiq nazir dünən və bu gün əsasən oğlu Anar Mahmudovun biznesi, ölkədən çıxardığı 1 milyard dollarlabağlı sorğu-sual edilir. Bu gün günün birinci yarısında isə hazırda həbsdə olan keçmiş köməkçisi, əmisi oğlu Vüqar Mahmudovla üzləşdirilib. "Günün ikinci yarısında Akif Çovdarovun sabiq nazirlə üzləşdirmə üçün İstintaq İdarəsinə gətiriləcəyi gözlənilirdi" – mənbə "AzPolitika"ya bildirib.

Həmçinin əlavə edib ki, sabiq nazir bu gün xüsusilə gərgin görünüb.

Məlumata görə, E.Mahmudov dünən Baş Prokurorluqdan gecə saat 21:00 radələrində çıxıb. Bu gün də gec saatlaradək istintaq altında olacağı gözlənilir.

Son günlər sabiq nazir ətrafında istintaq hərəkətlərinin intensivləşməsi, onun köməkçisi Vüqar Mahmudov və Akif Çovdarovla üzləşdirilməsi həbs ehtimalının son dərəcə yüksəldiyindən xəbər verir.