Seçkilərdə namizədlər üçün pulsuz efir vaxtı qüvvədə qalır

Seçkilərdə namizədlər üçün pulsuz efir vaxtı qüvvədə qalır

15 Dekabr 2017 16:33
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin bu gün keçirilən plenar iclasında Seçki Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.

Mediainfo.az-ın APA-ya istinadən məlumatına görə, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, ümumilikdə məcəlləyə 55 dəyişiklik təklif edilib.

O qeyd edib ki, dəyişikliklərin bir qismi son referendumda Konstitusiyaya edilən dəyişikliklərlə əlaqədardır.

Komitə sədri eyni zamanda bildirib ki, məcəllədə 162, 164, 195 və 197-ci maddələrin ləğv edilməsi pulsuz efir vaxtının ləğv edilməsi demək deyil: "Seçkilərdə namizədlər üçün pulsuz efir vaxtı qüvvədə qalır".