"Hizbullah" Azərbaycan dövlətinə hədə-qorxu gəldi

"Hizbullah" Azərbaycan dövlətinə hədə-qorxu gəldi

1 Noyabr 2011 19:56
Bəyəndim (0) Bəyənmədim (0)
Onlar Azərbaycanın Təbrizdəki baş konsulluğunun fəaliyyətini dayandırmaq, işçilərini binadan çıxarmaq istəyirlər

İran mətbuatının yaydığı məlumata görə, Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunun binası qarşısında noyabrın 4-də etiraz aksiyası keçiriləcək. Bu barədə "Hizbullah"ın İran qolu olan "Hizbullah Ənsarı" Təşkilatının Təbriz nümayəndəliyinin baş katibi Höccətülislam Ruhulla Becani bildirib.

Becani deyib ki, Təbriz gəncləri sionizmin istiqaməti ilə icra olunan Azərbaycan Respublikasının anti-islami siyasətlərinə etiraz olaraq bu respublikanın Təbrizdəki baş konsulluğunun fəaliyyətini dayandıracaq, işçilərini binadan çıxaracaq: "Alim və böyük şəxsiyyətlər indiyə qədər bu işi qadağan etmişdilər və ümid edirdilər ki, Azərbaycan Respublikası rəsmiləri bu anti-islami hərəkətlərdən əl çəkəcək, bu addımlarından çəkinəcəklər".

Molla rejimi antidemokratik hərəkətləri ilə tezliklə öz fatihəsini verəcək...

Sərvər Aslanov

O.M.