ABŞ vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlandı

ABŞ vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlandı

15 Dekabr 2017 11:58
Bəyəndim (0) Bəyənmədim (0)

Son 13 ildə 11882 azərbaycanlı naturalizasiya qaydasında ABŞ vətəndaşlığı alıb.

Onlardan 4959-u kişi, 6916-ı isə qadındır.

Yeddi nəfər isə rəsmi məlumatlarda hansı cinsə mənsub olduqlarını qeyd etməyiblər.

Həmçinin ABŞ-da azərbaycanlıların ən çox yaşadıqları ştatın adı açıqlanıb. Bu ölkənin Kaliforniya ştatıdır.

ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin rəsmi hesabatına əsasən, 2003-2016-cı illərdə ABŞ passportunu əldə edərkən 3954 azərbaycanlı daimi yaşayış ünvanı kimi sənədlərdə bu ştatı göstərib. İkinci yerdə Nyu- York ştatı (3331) və Missuri (1762) gəlir. Report