Vaşinqtondan İrana yeni tələb

Vaşinqtondan İrana yeni tələb

15 Dekabr 2017 09:05
Bəyəndim (0) Bəyənmədim (0)

"İran nüvə sazişinin arxasında gizlənərək və BMT TŞ-in müvafiq qətnamələrini pozaraq raket istehsal edir". Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bildirib.

"Hamının diqqəti nüvə sazişindədir, İran isə onun arxasında gizlənərək, daim sazişdən çıxacağı ilə hədələyir", - deyə N.Xeyli mətbuat konfransında bildirib.

N.Xeyli növbəti dəfə İranı bu ölkəyə raket istehsalını qadağa edən BMT TŞ-in qətnamələrini pozmaqda ittiham edib. "Nüvə sazişi vacibdir, lakin BMT TŞ-in qərarları da mühümdür", - deyə o qeyd edib. Apa