"Livanı daş dövrünə qaytaracağıq” – İsraildən şok hədə

"Livanı daş dövrünə qaytaracağıq” – İsraildən şok hədə

14 Dekabr 2017 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

İranın Livanda inkişaf etmiş bir raket müəssisəsi inşa etdiyini bilirik və qətiyyətlə bildiririk ki, bu bizim qırmızı xəttimizdir. Nəyin bahasına olursa olsun, icazə verməyəcəyik.

Mediainfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İsrailin Kəşfiyyat naziri Yisrail Katz deyib.

"Bəli, hərbi əməliyyat başladıb, eynən Suriyadakı kimi, onlara əngəl olacağıq. Daha güclü və miqyaslı əməliyyat olacaq. Bu dəfə bütün Livan hədəf alınacaq. Livanı daş dövrünə çevirəcəyik", - Katz deyib.