Kreml Ərdoğanın Qüds təklifinə qarşı çıxdı

Kreml Ərdoğanın Qüds təklifinə qarşı çıxdı

13 Dekabr 2017 15:15
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail-Fələstin konflikti ilə bağlı mövqeyi Rusiyaya bəllidir.

Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. Onun sözlərinə görə, Ərdoğanın mövqeyi Rusiyanın mövqeyi ilə üst-üstə düşmür:

"Biz bu mövqeyi bilirik və o, indiki zamanda bizim mövqeyimizlə üst-üstə düşmür. Rusiyanın Qüdslə bağlı mövqeyi hamıya yaxşı bəllidir".

Qeyd edək ki, Ərdoğan bütün dünya ölkələrini Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa səsləyib.

Rusiya İsrail-Fələstin münaqişəsi nizamlanana qədər Qüdsün statusu ilə bağlı hər hansı qərarın əleyhinə olduğunu rəsmi şəkildə bəyan edib.Axar.az