ABŞ Şimali Koreya ilə danışıqlara hazırdır

ABŞ Şimali Koreya ilə danışıqlara hazırdır

13 Dekabr 2017 09:24
90
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Şimali Koreya ilə ilkin şərtsiz nüvə problemi ilə bağlı danışıqlara başlamağa hazırdır. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bildirib. Onun sözlərinə görə, bu cür görüşdə problemin həlli üzrə "yol xəritəsi"nin tərtib edilməsi mümkündür."Danışıqlar nə vaxt başlaya bilər? Biz öz tərəfimizdən danışıqlara hazır olduğumuzu bəyan edirik. Və biz birinci görüşü ilkin şərtsiz keçirməyə hazırıq. Gəlin sadəcə görüşək və istəyirsinizsə hava şəraitindən danışaq", - deyə Tillerson Vaşinqtonda Atlantik Şurada çıxışı zamanı bildirib.

"Masa arxasında üz-üzə əyləşə bilərdik. Daha sonra isə işləmək istədiyimiz istiqamətlər üzrə "yol xəritəsi"ni hazırlaya bilərdik", - deyə dövlət katibi əlavə edib.