Prezident 4 nəfərə diplomatik rütbə verdi

Prezident 4 nəfərə diplomatik rütbə verdi

12 Dekabr 2017 15:01
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Prezidenti İlham Əliyev ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində fəaliyyət göstərən ticarət nümayəndələrinə – Əliyev Ruslan Allahverdi oğluna, Əliyev Elnur Əli oğluna, Nadiroğlu Teymur Mahmud oğluna və Nağdəliyev Nemət Zeynal oğluna ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib/Report.