Rusiyanın adamları bir-birini məhv edir – Şok etiraf

Rusiyanın adamları bir-birini məhv edir – Şok etiraf

12 Dekabr 2017 09:56
Bəyəndim (0) Bəyənmədim (0)

Donbasdakı hərbi liderlərə qarşı sui-qəsd Kremlin təyin etdiyi banditlər arasındakı hakimiyyət mübarizəsinin nəticəsidir. Mediainfo.az Axar.az -a istinadən xəbər verir ki, bunu "İnsayder" qəzetinə açıqlamasında rusiyalı məşhur terrorçu, Donbas separatçılarının keçmiş "müdafiə naziri" İqor Strelkov söyləyib.

"Banditlər hakimiyyətdəki rəqiblərini təmizləyirlər. Həm Donetskdə, həm də Luqanskda şəxsən Rusiya prezidentinin köməkçisi Vladislav Surkov banditləri hakimiyyətə gətirib. Plotnitski quldur, Zaxarçenko isə fırıldaqçıdır. Məhz onlar öz rəqiblərini gülləbaran ediblər", – deyə o bildirib.

Qeyd edək ki, 2015-2016-cı illərdə Donbas və Luqanskda bir sıra səhra komandirləri qətlə yetirilib. Onlara təşkil edilən sui-qəsdlərin üstü indiyə qədər açılmayıb. Separatçıların iddiasına görə, bu hücumlar Ukrayna kəşfiyyatının təxribatı olub.