"Bir millət  iki dövlət ifadəsi" qardaşlığımızın simvoludur

"Bir millət iki dövlət ifadəsi" qardaşlığımızın simvoludur

11 Dekabr 2017 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

"Bir millət, iki dövlət" ifadəsi nəsildən-nəsilə keçən atalar sözünə çevrilib".

"Ümummilli lider Heydər Əliyev hər bir addımında Azərbaycan və Türkiyənin maraqlarını nəzərə alan lider olub".

Məlumata görə, bunu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar bildirib.

N. Ünüvar qeyd edib ki, ulu öndər Heydər Əliyev həm də Türkiyəyə böyük məhəbbət bəsləyib:

"Heydər Əliyevin "bir millət, iki dövlət" ifadəsi artıq Azərbaycan və Türkiyədə nəsildən-nəsilə keçən atalar sözünə çevrilib".

O bildirib ki, müasir Azərbaycanın əldə etdiyi nailiyyətlər Heydər Əliyevin qərarlarının nə qədər doğru olduğunu göstərir. (trend)