Ermənistan rəhbərliyində 12 dəyişiklik gözlənilir

Ermənistan rəhbərliyində 12 dəyişiklik gözlənilir

1 Noyabr 2011 11:45
Bəyəndim (0) Bəyənmədim (0)
Vəzifələrə əsasən hərbçilər gətiriləcək

Ermənistanın Müdafiə Naziri, Baş Qərargah və Baş polis rəisi işdən çıxarılacaqlar. Ermənistanın "Aykakan Jamanak" və "Joxovurd" qəzetləri etibarlı mənbələrə istinadən məlumat verirlər ki, tezliklə bu ölkənin Müdafiə naziri Seyran Ohanyan, Baş Qərargah rəisi Yuriy Xaçaturov və Ermənistanın polis rəisi Alik Sarkisyan işdən çıxarılacaqlar. "Dünən Ermənistanın Polis rəisi Alik Sarkisyan tutduğu vəzifədən azad edildi. Onun Prezident Administrasiyasının rəhbərinin müavini vəzifəsinə keçirilməsi gözlənilir. Onun yerinə Müdafiə nazirinin müavini Vladimir Qasparyan təyin olunacaq. Daha sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yuriy Xaçaturov işdən çıxarılacaq. Bu vəzifəyə Müdafiə nazirinin digər müavini Alik Mirzabekyan təyin olunacaq. Müdafiə naziri Seyran Ohanyan isə Müdafiə nazirinin birinci müavini David Tonoyanla əvəz olunacaq", - deyə "Joxovurd" yazır.

"Aykakan Jamanak" isə bildirir ki, artıq Baş nazirin müavini Armen Gevorkyan da istefaya hazırlaşır. Ümumiyyətlə, Ermənistanda 12 yüksək vəzifəli şəxsin başqaları ilə əvəz olunması gözlənilir.

Nədənsə Ermənistanda yüksək vəzifələrə hərbçilər gətirilir. Fikrimizcə, düşünməyə dəyər...

Sərvər Aslanov

O.M.