ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

9 Dekabr 2017 07:44
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp Rusiyanın yaxın və orta mənzilli raketlərin ləğv olunması barədə müqaviləyə əməl etməməsi səbəbindən bu ölkəyə qarşı yeni sanksiyaları təsdiqləyib. APA-nın xəbərinə görə, bu barədə "Politico" Tramp administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Nəşrə görə, ABŞ Ticarət Nazirliyi yeni raket texnologiyalarının işlənib hazırlanması ilə məşğul olan Rusiya şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək.

"Sanksiyaların tətbiq edilməsində məqsəd Rusiya hökumətinin iqtisadi planlarını dəyişdirməkdir", deyə mənbə vurğulayıb.