Norveç vətəndaslığı alan azərbaycanlıların sayı artır

Norveç vətəndaslığı alan azərbaycanlıların sayı artır

8 Dekabr 2017 16:53
161
Bəyəndim (0) Bəyənmədim (0)

1990-2016-cı illərdə 233 Azərbaycan vətəndaşı naturalizasiya qaydasında Norvec vətəndaşlığını qəbul edərək həmin ölkənin pasportunu əldə edib. Bu barədə Qaynarinfo Norvecin Statistika İdarəsinə istinadən xəbər verir. Məlumatda qeyd olunur ki, şəxsi vəsadətlə Norvec vətəndaşlığını əldə edən şəxslərin statistikası 1977-ci ildən aparılır.

Statistikaya əsasən 1977-2000-ci il arası Norvec vətəndaşlığını qəbul edən azərbaycanlı olmayıb. Lakin 2001-2016-cı illər üçün bu göstərici 233 nəfər təşkil edib. Norvec pasportu əldə edən azərbaycanlıların ən çoxu 2007-ci ilə təsadüf edir. Həmin il 28 nəfər azərbaycanlı Norvec pasportu əldə edib. İdarədən Qaynarinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, 2017-ci il üçün olan göstəricilər gələn il mayın 23-ü açıqlanacaq.

Passport İndex portalına əsasən Dünyanın ən nüfüzlu passportlar siyahısında Norvec pasportu dördüncü yerdə qərarlaşır. Bu ölkənin vətəndaşları əvvəlcədən viza almadan 158 ölkəyə səfər edə bilərlər.