Fələstin ABŞ-ın vitse-prezidentini qəbul etməyəcək

Fələstin ABŞ-ın vitse-prezidentini qəbul etməyəcək

8 Dekabr 2017 08:59
Bəyəndim (0) Bəyənmədim (0)

Fələstin rəhbərliyi Vaşinqtonun Yerusəlimi İsrailin paytaxtı kimi tanımasına etiraz olaraq ABŞ-ın vitse-prezidenti Maykl Penslə görüşməkdən imtina edib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə hakim FƏTH hərəkatının yüksək vəzifəli nümayəndəsi Cəbril Rəcib bildirib.

Qeyd edək ki, Maykl Pens dekabrda İsrail və Fələstinə səfər etməyi planlaşdırır.