Ərdoğan  Pavlopulosla mübahisə etdi

Ərdoğan Pavlopulosla mübahisə etdi

7 Dekabr 2017 15:35
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə və Yunanıstan prezidentləri Rəcəb Tayyib Ərdoğan və Prokopis Pavlopulos arasında söz çəkişməsi olub.

Mediainfo.az-ın "Yeniavaz.com"a istinadən verdiyi məlumata görə, tərəflər arasında polemika R. T. Ərdoğanın Yunanıstana səfəri çərçivəsində P. Pavlopulosla görüşdə baş verib. Polemikanın mövzusunu isə Lozanna müqaviləsi təşkil edib.

Yunanıstan Prezidenti bildirib ki, Lozanna müqaviləsi iki xalqın milli sərhədlərini müəyyənləşdirdən sazişdir: "Bu, ikirtərəfli əlaqələr baxımdan heç bir boşluq buraxmayan, tamamlanmasına ehtiyac olmayan, qarışıq bölgə sərhədlərini özündə ehtiva etməyən müqavilədir. Lozanna müqaviləsinin müzakirə ediləcək, islahat aparılacaq saziş olduğuna inanmırıq. Bu müqaviləyə əsasən, iki ölkədə yaşayan azlıqlar aydın şəkildə ifadə edilib. Və azlıqlar Yunanıstan tərəfindən dini azlıq kimi tanınıb. Yunanıstanda müsəlman azlığının bütün haqlarını hüquq dövləti olaraq nəzərdə tutulduğu şəkildə qoruyur".

Yunanıstan Prezidenti Lozanna müqaviləsi barədə danışmağa başlayan zaman R. T. Ərdoğana yazılı qeyd verildi. R. T. Ərdoğan sözünə başlamazdan əvvəl onu diqqətlə oxudu. Türkiyə Prezidenti Lozanna müqaviləsi barədə hələ də anlaşılmayan bəzi incəliklərin olduğunu vurğulayıb: "94 il əvvəl bağlanmış müqavilə təkcə Türkiyə və Yunanıstan arasında imzalanmayıb. Bu sazişin 11 tərəf ölkəsi var. Düşünün ki, Lozanna müqaviləsində Yaponiya belə var. İngiltərə, Portuqaliya və digərləri var. Bütün bu ölkələri ehtiva edən bir sazişdir. Biz bundan bəhs edirik. 94 il ərzində dünya yenidən inşa edilir, yenidən qurulur. Türkiyə və Yunanıstan arasında çox şey dəyişib, dəyişir. Məsələn, Lozanna müqaviləsindən danışarkən buradakı türklərlə əlaqədar müsəlman azlıq ifadəsini işlədirsiniz. Düzdür, amma eyni zamanda Avropa İnsan Haqları Məhkəməsində türk ifadəsi yer alır. Bu, qərarlarda da göstərilib. Qərbi Frakiyada yaşayan müsəlmanlar inanclarını Lozanna müqaviləsinə görə yaşada bilirlərmi? Həmin müsəlmanlar hazırda öz seçdikləri baş mufti ilə deyil, təyin edilən baş mufti ilə idarə edilməyə çalışılır. Türkiyədə isə məsələn, patriarx təyin edilmir, özlərinin məclisi tərəfindən seçilir. Deməli Lozanna müqaviləsi işləmir".

Qeyd edək ki, R. T.Ərdoğan son 65 ildə Yunanıstana səfər edən Türkiyənin ilk Prezidentidir. Sonuncu dəfə Türkiyə Prezidenti Cəlal Bayar Yunanıstana səfər etmişdi.