“Yerusəlimin statusu dialoq əsasında müəyyən edilməlidir”

“Yerusəlimin statusu dialoq əsasında müəyyən edilməlidir”

7 Dekabr 2017 14:26
Bəyəndim (0) Bəyənmədim (0)

Yerusəlimin statusu tərəflər arasında birbaşa dialoqlar əsasında müəyyən edilməlidir.

Azadinform-un məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın XİN rəhbəri Sebastyan Kurz deyib.

O qeyd edib ki, Avstriya və Avropa İttifaqının bu məsələdə mövqeyi aydındır: "Yerusəlimin statusu tərəflər arasındakı dialoq əsasında müəyyən edilməlidir".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dünən Yerusəlimi İsrailin paytaxtı kimi tanıdığını bildirib.