İtaliya ilə hərbi əməkdaşlıq müzakirə olunub

İtaliya ilə hərbi əməkdaşlıq müzakirə olunub

7 Dekabr 2017 14:04
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 7-də İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mediainfo.az-a verilən xəbərə görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, ölkələrimizin Silahlı Qüvvələri arasında vəNATO proqramları çərçivəsində əlaqələrin inkişafı, eləcə də İtaliyanın silah və hərbi texnika istehsal edən müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığın perspektivləri ətraflı müzakirə olunub.