Rusiya yeni hərbi gəmisinə türk adını verdi

Rusiya yeni hərbi gəmisinə türk adını verdi

7 Dekabr 2017 13:14
113
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə gün əvvəl Sankt-Peterburqda təntənəli şəkildə yeni hərbi gəmi suya buraxıldı.

Yeni raket daşıyan gəmi olduqca müasir, 500 km-dən 2500 km-ə qədər məsafəni vuran ballistik raket daşıyıcısıdır. NATO – rəsmiləri yeni, kiçik qabaritli, sürətli manevr qabiliyyəti olan bu gəminin analoqu olmadığını etiraf ediblər.

Maraqlıdır ki, yeni gəminin adı türk adıdır - " Kara kurt"( Qara qurd – burda canavar mənasında deyil, hörümçək tipli böcək-qurd mənasındadır.).

Rusiya mətbuatı "Kara kurt" adını şəxsən Rusiya müdafiə naziri Sergey Şoyqunun qoyduğunu iddia edir. Xatırladaq ki, 62 yaşlı Sergey Şoyqu milliyətcə tuvundir. Tuvalılar türk dilli xalqdır.Moderator.az