ABŞ-dan İsrailə məxfi məktub: Hələlik sakit durun

ABŞ-dan İsrailə məxfi məktub: Hələlik sakit durun

7 Dekabr 2017 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımasından bir qədər öncə ABŞ Dövlət Departamenti İsrailə məxfi məktub göndərib.

Bu barədə informasiyanı "Röyter" agentliyi yayıb. Məktubda Vaşinqtonun İsraildən ABŞ vətəndaşlarının qorunması naminə Trampın qərarı ilə bağlı yumşaq açıqlamalar verməsi istənilib:

"Baş verənlərdən məmnun olduğunuzu bilsək də, rəsmi açıqlamalarınız üçün gözləməyinizi rica edirik. Bu qərara qarşılıq olaraq Yaxın Şərqdə ciddi bir dirəniş olacağını təxmin edirik və vəziyyətin ABŞ vətəndaşlarına nə dərəcədə təsir edəcəyi istiqamətində müzakirələr aparırıq".

"Röyter"in yaydığı başqa bir sənəddə isə ABŞ Dövlət Departamentinin prosesləri izləmək üçün xüsusi qrup yaratdığı vurğulanıb. Bundan başqa Department Avropadakı bütün səfirliklərinə məxfi xəbərdarlıq mesajı da göndərib:

"Beynəlxalq ictimaiyyətin Qüdslə əlaqədar verəcəyi reaksiyalara təsir etmək üçün çətin bir vəziyyətlə qarşı-qarşıyasınız. Sizdən Qüdsün İsrail və Fələstin arasında həll edilməsi gərəkən məsələ olması reallığını anlatmağınızı istəyirik".Axar.az