100 min rohinca müsəlmanı kimsəsiz adaya köçürüləcək

100 min rohinca müsəlmanı kimsəsiz adaya köçürüləcək

6 Dekabr 2017 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

Banqladeş 2019-cu ilin noyabr ayına qədər Myanmadan gələn 100 min rohinca müsəlmanını Benqal körfəzində yerləşən kimsəsiz və daşqınlara məruz qalan Tenqar Çar adasına köçürməyi planlaşdırır.

Artıq hökumət bununla bağlı planı qəbul edib. 278 milyon dollara başa gələcək plan nəticəsində adada qaçqınlar üçün 1,5 min ev və 120 mərkəz tikiləcək.

Beynəlxalq hüquq müdafiəsi təşkilatları isə qaçqınların köçürülməsi üzrə planları kəskin tənqid edib.

AzVision.az