Sərkisyan yerinə Nalbəndyanı gətirir

Sərkisyan yerinə Nalbəndyanı gətirir

5 Dekabr 2017 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan prezidenti vəzifəsinə ən real namizəd Xarici İşlər naziri Edvard Nalbəndyan ola bilər.

Bu barədə informasiyanı "Jamanak" qəzeti yayıb. Qəzet Nalbəndyanın hazırkı vəzifə müddətinin minimum gələn ilin payızına qədər davam edə biləcəyini vurğulayıb.

Qeyd edək ki, mart ayında Ermənistan rəsmən parlamentli idarəetmə sisteminə keçəcək. Erməni KİV-ləri iddia edirlər ki, ölkənin parlamentli sistemə keçməsində əsas məqsəd hazırkı prezident Serj Sərkisyanın öz səlahiyyətlərini uzatmaq istəməsi ilə bağlıdır. Onların fikrincə, Sərkisyan mart ayında baş nazir vəzifəsinə özü gələcək.

Bundan öncə Sərkisyanın prezident vəzifəsinə hazırkı Baş nazir Karen Karapetyanı gətirmək fikri olduğu haqqında informasiya yayılmışdı.Axar.az