Ərdoğanın partiyasından ayrılanlar yeni partiya qurur ...

Ərdoğanın partiyasından ayrılanlar yeni partiya qurur ...

4 Dekabr 2017 16:30
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) daxilində sıradan çıxardığı şəxslərin yeni partiya qurmağa hazırlaşdıqlarına dair daha bir iddia irəli sürülüb.

"Yeniavaz.com"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu dəfəki iddianın müəllifi isə "Yeniçağ" qəzetinin köşə yazarı Əhməd Takandır.

Onun ötən gün dərc edilən yazısında qeyd edilir ki, AKP növbədənkənar seçkilərə hazırlaşır. A. Takanın iddiasına əsasən, Nazirlər Kabinetinin üzvləri arasında dəyişikliklər edildikdən sonra seçkilər keçiriləcək. Seçkilərdən sonra Milliyətçi Hərəkat Partiyasından (MHP) millət vəkilləri yeni prezident üsulu ilə idarə olunacaq hökumətdə yer ala bilərlər.

A. Hakan həmin yazısında AKP daxilindəki müxaliflərlə bağlı daha bir iddia irəli sürüb. İddiaya əsasən, Türkiyənin 11-ci Prezidenti Abdulla Gül, İstanbulun eks-meri Kadir Topbaş, keçmiş Baş nazir Əhməd Davudoğlu, Baş nazirin sabiq müavini Əli Babacan İstanbulda daimi görüşürlər. Onların görüşdüyü ofis K. Topbaş tərəfindən icarəyə götürülüb. İddia edilir ki, A. Gülün başçılığı ilə davam edən yeni partiya qurmaq cəhdlərinin texniki hazırlıqlarını isə Baş nazirin keçmiş müavini Bəşir Atalay görür.