Ruhanidən qonşularına və Qərbə - Mesaj

Ruhanidən qonşularına və Qərbə - Mesaj

4 Dekabr 2017 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Region ölkələri arasındakı münaqişələri danışıqlar yolu ilə aradan qaldırmaq mümkündür.

Bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.

O, Orta Şərqin hazırkı durumunun qənaətbəxş olduğunu vurğulayıb:

"Bu gün bölgədə heç bir ölkə üstün və hegemon güc olduğunu iddia edə bilməz. Daha doğrusu, heç bir ölkə "Mən hamıdan üstün olduğum üçün regionun digər ölkələri mənə tabe olmalıdır" sözünü və iddiasını irəli sürə bilməz. Unutmayaq ki, dünyanın fövqəldövlətləri də bunu edə bilmədilər. Regional güclər də bunu bacara bilməyəcəklər.

Hesab edirik ki, region ölkələri öz aralarındakı ixtilafları birbaşa danışıqlar yolu ilə həll etməlidir. Bizim bölgədə mövcud problemləri aradan qaldırmaq üçün nə silaha, nə də fövqəldövlətlərin müdaxiləsinə ehtiyacımız var".Teleqraf.com