Putindən sonra Rusiyada savaşlar başlayacaq - Borovoy

Putindən sonra Rusiyada savaşlar başlayacaq - Borovoy

4 Dekabr 2017 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Prezidenti Vladimir Putin hakimiyyətdən getsə, Rusiyanın idarəetmə sistemi çökəcək.

Bunu "Apostrof" saytına müsahibəsində rusiyalı müxalif siyasətçi Konstantin Borovoy söyləyib. Onun sözlərinə görə, Putindən sonra Rusiyada hakimiyyət savaşı başlayacaq:

"Onun hakimiyyətdən getməsi, Kremldəki balanslaşdırılmış idarəetmə sistemini parçalayacaq. Təsir zonaları uğrunda savaşlar genişlənəcək. Eyni situasiya Stalinin ölümündən sonra da başlamışdı. Əvvəlcə böyük təsir imkanları olan Lavrenti Beriya güllələndi, sonra isə onu güllələyənlər güllələndi". Axar.az