Bu ölkələr Kanadaya vizasız gedə biləcəklər

Bu ölkələr Kanadaya vizasız gedə biləcəklər

2 Dekabr 2017 20:48
Bəyəndim (0) Bəyənmədim (0)

Kanada Rumıniya və Bolqarıstan vətəndaşlarına viza rejimini ləğv edib.

Kanada Vətəndaşlıq və Miqrasiya Nazirliyi 2014-cü ildə başlayan viza tətbiqinin ləğvinə dair danışıqlarının yekunlaşdığı bildirilib. Nazirlik hər iki ölkənin Avropa İttifaqı ilə olan əlaqlərinə əhəmiyyət verdiyini qeyd edərək, həmin ölkələrin vətəndaşlarının Kanadaya vizasız səfərlərinin dünən səhərdən etibarən başladığını söyləyib.

Qeyd edək ki, qərara əsasən, Rumıniya və Bolqarıstan vətəndaşları altı aya qədər qısa müddətli qalma, ailə və dost səfərləri, turizm məqsədli səfərlər üçün Kanadaya vizasız giriş edə biləcəklər. Axar.az