Partiya və QHT-lərə ayrılan maliyyə artırıldı

Partiya və QHT-lərə ayrılan maliyyə artırıldı

1 Dekabr 2017 16:59
130
Bəyəndim (0) Bəyənmədim (0)

Gələn il üçün siyasi partiyalara ayrılan vəsait artırılıb.

Mediainfo.az-ın "APA-Economics"a istinadən məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib ki, 2018-ci ildə siyasi partiyalar üçün vəsait 20% və ya 500 min manat artırılaraq 3,1 milyon manata çatdırılıb.

Nazir qeyd edib ki, QHT-lərə ayrılan vəsait də 600 min manat və yaxud 2017-ci il illə müqayisədə 12,1% artırılaraq 5,6 mln. manat olub.