Ermənistan substantiv danışıqların qarşısını alır”

Ermənistan substantiv danışıqların qarşısını alır”

1 Dekabr 2017 15:12
Bəyəndim (0) Bəyənmədim (0)

"Müstəqilliyimizin ilk illərində Azərbaycan Ermənistanın təcavüzünə məruz qalıb. Ermənistan Azərbaycanın 20 faiz ərazisini - Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır"

Mediainfo.az AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Asiyanın Qəlbi" - İstanbul Prosesi çərçivəsində "Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq" mövzusunda Bakıda keçirilən VII nazirlər konfransında çıxışı zamanı bildirib.

Ölkə başçısı vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır: "Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. ATƏT-in Minsk qrupunun həmsədrləri - Fransa, Rusiya və ABŞ dəfələrlə bildiriblər ki, status-kvo qəbuledilməzdir"

Prezident diqqətə çatdırıb ki, Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib: "İşğal olunmuş ərazilərdə vəziyyət beynəlxalq ictimaiyyətə məlumdur. ATƏT işğal altında olan ərazilərə iki dəfə faktaraşdırıcı və qiymətləndirici missiya göndərib və hesabatlar göstərir ki, bu ərazilərdə vandalizm əməlləri törədilib".