Yeni Merkel hökumətini parçalayan – Türkiyə siyasəti

Yeni Merkel hökumətini parçalayan – Türkiyə siyasəti

25 Oktyabr 2017 17:35
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyada koalisiya hökumətinin qurulması istiqamətində aparılan danışıqlar zamanı Türkiyəyə münasibət məsələsində vahid mövqe əldə edilməyib.

Teleqraf.com "Deutsch Welle" qəzetinə istinadla xəbər verir ki, Xristian Demokratik Birliyi (CDU), Xristian Sosial Birliyi (CSU), Azad Demokrat Partiyası (FDP) və Yaşıllar Partiyası arasında koalisiya hökuməti qurmaq yönündə aktiv müzakirələr başlayıb.

Dörd partiya büdcə, maliyyə, vergi və Avropa siyasəti mövzusunu müzakirə edib. Danışıqlara Türkiyə-Avropa Birliyi münasibətləri nöqtə qoyub.

Angela Merkelin siyasətini müdafiə edən CDU və CSU Türkiyə ilə Avropa Birliyi arasında müzakirələrin durdurulması tələbində israrçı mövqe nümayiş etdirib. CSU-nun baş katibi Andras Skheuer bəyan edib ki, Türkiyənin Avropa Birliyinə üzv olmasını arzulamırlar: "Biz Brüssel-Ankara danışıqlarının dayandırılmasını istəyirik".

Ancaq koalisiya hökumətində təmsil olunacaq Yaşıllar Partiyası isə Merkelin Avropa Birliyi-Türkiyə siyasətinə müxalifətdə dayanır. Partiyanın baş katibi Mixael Kellner bildirib ki, Türkiyə mövzusunda ciddi fikir ayrılığı var:

"Yaşıllar Partiyası olaraq Türkiyə-Avropa Birliyi müzakirələrinin dayandırılmasını yanlış addım hesab edirik. Hazırda bu müzakirələrin dondurulması doğru addımdır".

Yaşılların digər rəhbəri Cem Özdəmir isə CSU-nun bu yanaşmasını rədd edərək bildirib ki, Türkiyə ilə dialoqun kəsilməsinə qarşıdır.