Si Szinpin yenidən baş katib oldu

Si Szinpin yenidən baş katib oldu

25 Oktyabr 2017 09:00
Bəyəndim (0) Bəyənmədim (0)

Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Siyasi Bürosu daimi komitəsinin 7 üzvündən 5-i dəyişilib.

Mediainfo.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, Çinin sədri Si Szinpin və Dövlət Şurasının baş naziri Li Ketyan öz vəzifələrində qalıb.

Si Szinpin yenidən ÇKP Mərkəzi Komitəsinin baş katib vəzifəsinə seçilib

Qeyd edək ki, onlar ÇKP-nin birinci plenumunun nəticələri əsasında seçilib. Bir gün əvvəl paytaxt Pekində ÇKP-nin 19-cu qurultayı öz işini bitirib. Qurultay zamanı partiyanın Mərkəzi Komitəsinin və ÇKP-də intizamın yoxlanımasına dair Mərkəzi Komissiyasının yeni tərkibi seçilib.