Züqanov: Stalin 829 min satqını güllələtdirib

Züqanov: Stalin 829 min satqını güllələtdirib

23 Oktyabr 2017 16:28
Bəyəndim (0) Bəyənmədim (0)

SSRİ-nin uğurları kütləvi qurbanlarla əldə edilməyib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Kommunist Partiyasının rəhbəri Gennadi Züqanov söyləyib.

"32 il ərzində bütün quldurlar, satqınlar da daxil olmaqla, 829 min nəfər güllələnib. 1921-ci ildən 1953-cü ilə qədər olan əsl rəqəmlər bunlardır", – deyə o, Stalin repressiyaları haqqında danışarkən deyib.

Züqanovun fikrincə, Rusiya siyasi sisteminə həddən artıq partiya gərək deyil:

"Amerika kimi ölkədə iki partiya mövcuddur. İngiltərə, Fransa, Almaniya, Yaponiyada da təxminən eyni sistemdir. Bizdə isə 77 partiya mövcuddur. Onlar kimə lazımdır?".