Deputat dövlət orqanlarını hörmətsizlikdə SUÇLADI

Deputat dövlət orqanlarını hörmətsizlikdə SUÇLADI

20 Oktyabr 2017 13:32
Bəyəndim (0) Bəyənmədim (0)

"Milli Məclisə yeni medalın təsis olunması ilə bağlı qanun layihəsi təqdim edilərkən şəkillər keyfiyyətsiz və solğun olur".

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Mülki aviasiya sahəsində xidmətlərə görə" medalın təsis edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deputat Elmira Axundova deyib.

O bildirib ki, bu, hörmətsizlikdir.

"Qanun layihəsini Milli Məclisə təqdim edən orqan bunu düşünməlidir. Növbəti medal təsis olunarkən layihədəki şəkil keyfiyyətli olmalıdır".

Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, yeni medal olarsa, dizaynını E.Axundova verər.