"Azərbaycanı hədəf seçirlər" - Spiker

"Azərbaycanı hədəf seçirlər" - Spiker

20 Oktyabr 2017 13:14
Bəyəndim (0) Bəyənmədim (0)

"Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycan əleyhinə qətnaməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməsə də, bitərəf qalıblar. Bu da, məncə, doğru addım deyil".

Mediainfo.Az-ın Report-a istinadən xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədovbildirib.

O deyib ki, Avropa Məhkəməsinin 10 mindən yuxarı qərarı icra olunmur: "Amma Azərbaycan bütün bu qərarları yerinə yetirir, cərimələri ödəyir. Elə bil, sanki, lotoreya oynayırlar, o qədər ölkədən Azərbaycanı hədəf seçirlər. Azərbaycana qarşı məlum maddənin tətbiq edilməsi qərəzli olar. Bu baş verərsə, bizim Avropa Şurasında qalıb-qalmayacağımız müzakirə olunacaq".