Milli Məclis bu gün toplaşır

Milli Məclis bu gün toplaşır

20 Oktyabr 2017 09:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasın gündəliyinə Cinayət Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, Ticarət Gəmiçiliyi Məcəlləsinə, o cümlədən "Banklar haqqında", "Poçt haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Mədəniyyət haqqında" və digər bir sıra qanunlara dəyişikliklər olmaqla 20 məsələ daxildir.

İclasda həmçinin "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsi müzakirə ediləcək.