Lombardiya da referendum keçirir

Lombardiya da referendum keçirir

19 Oktyabr 2017 20:27
143
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyanın Katalonya muxtar bölgəsində aylardır davam edən müstəqillik referendumu böhranından sonra hazırda İtaliyada da bənzər problem yaşanır.

"Qafqazinfo" TRT-yə istinadən xəbər verir ki, İtaliyanın Lombardiya bölgəsi "daha çox muxtarlıq" tələbiylə bazar günü referenduma getməyə hazırlaşır.

1948-ci ildə qəbul edilən konstitusiyaya əsasən muxtarlıq qazanan Lombardiya lideri Roberto Maroni Kataloniya kimi müstəqillik iddiasında olmadıqlarını, lakin İtaliyanın daha çox azadlıq istədiklərini deyib:

"Kataloniya Avropa İttifaqının 29-cu ölkəsi olmaq istəyir. Biz hələlik istəmirik. Düzdür, Kataloniyanı bir rəqib kimi görürük, ancaq son proseslər bizi məyus edir. Şirkətlər Kataloniyanı tərk etdiyi üçün sevinmirik. Nələr olacağını görəcəyik".

R.Maroninin başlıca tələbi isə bölgəyə daha çox maliyyə azadlığının verilməsidir.

Qeyd edək ki, Rəsmi Roma bazar günü keçiriləcək referendumun gərəksiz olduğunu açıqlayıb.