Türk kəşfiyyatı iki ölkədə əməliyyat keçirdi

Türk kəşfiyyatı iki ölkədə əməliyyat keçirdi

19 Oktyabr 2017 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

FETÖ terror təşkilatının İndoneziyadakı əsas nümayəndəsi Hakan İslamoğlu Türkiyə kəşfiyyatı tərəfindən ələ keçirilib.

Teleqraf.com xəbər verir ki, FETÖ-nün güclü olduğu ölkələrdən biri də İndoneziyadır. Burada Gülən hərəkatının 6 şirkəti, 4 tələbə evi, 2 dərnəyi aktiv fəaliyyət göstərir. Beləcə, şəbəkə mənsubları İndoneziyada rahat gəzə bilirlər. Hazırda Ankara bu ölkə ilə danışıqlar aparıb cinayətkar hesab etdiyi şəxsləri Türkiyəyə ekstradisiya etmək istəyir.

Ən son xəbərlərə görə, Türkiyə ilə İndoneziya arasında aparılan danışıqlardan sonra FETÖ-nun bu ölkədəki əsas şəxslərindən biri, "Qaynaq Holdinq"in İndoneziya təmsilçisi Hakan İslamoğlu deportasiya edilib. Bundan sonra İslamoğlu Türkiyə kəşfiyyatının xüsusi əməliyyatı sayəsində həbs edilərək Ankaraya gətirilib.

Xatırladaq ki, ötən həftə Türkiyə kəşfiyyatının həyata keçirdiyi digər əməliyyatla Pakistanda FETÖ məktəblərinin rəhbəri Məsud Kaçmaz və həyat yoldaşı Maral Kaçmaz Türkiyəyə gətirilib. Pakistanın Lohar vilayətində həbs edilən kaçmazlar xüsusi təyyarə ilə Türkiyəyə gətirilib.