Yeni türk dövləti yarana bilər - Bessmertnıy

Yeni türk dövləti yarana bilər - Bessmertnıy

19 Oktyabr 2017 14:23
Bəyəndim (0) Bəyənmədim (0)

Krım tatarları Krım yarımadasında öz dövlətlərini yaratmaq haqqına sahibdirlər.

Axar.az xəbər verir ki, bunu "Batsman.Live" proqramında çıxışı zamanı ukraynalı siyasətçi Roman Bessmertnıy söyləyib. Onun sözlərinə görə, Krım tatarları əvvəl-axır bu haqlarını reallaşdıracaqlar:

"2005-ci ildə Ukraynada hökumətin bütün orqanlarında Krım tatarlarının xüsusi nümayəndələrinin olması öhdəliyi məcburiləşdirilməliydi. Öz kadrlarını yetişdirmək üçün onlara yardım etmək lazım idi. Krım tatarları dövlət yaratmaq haqqına sahibdir və əvvəl-axır bu haqlarını reallaşdıracaqlar. Biz buna göz yummamalıyıq. Krımın işğaldan azad olunması üçün 40 il lazım olacaq. Mən əminəm ki, Krım qayıdacaq".