İspaniya Kataloniyanın muxtariyyət statusunu ləğv edir

İspaniya Kataloniyanın muxtariyyət statusunu ləğv edir

19 Oktyabr 2017 13:23
133
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniya hökuməti Kataloniyanın muxtariyyət statusunun dayandırılması üçün prosedurlara başlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İspaniya hökumətinin sözçüsü bildirib.

O qeyd edib ki, bu prosedurlar ölkə Konstitusiyasının 155-ci maddəsini tətbiq etmək üçün həyata keçiriləcək. Həmin maddəyə əsasən, Kataloniya əyalətinin muxtariyyət statusu ləğv olunacaq. Bunun üçün prosedurlar oktyabrın 21-də başlayacaq.

Qeyd edək ki, İspaniya hökuməti Kataloniyadakı yerli hakimiyyətə krallığın tərkibindən çıxıb-çıxmamaqla bağlı qərarı elan etmək üçün oktyabrın 19-u saat 12-dək (Bakı vaxtı ilə) möhlət vermişdi. Kataloniya hökumətinin başçısı Karlos Puçdemon oktyabrın 19-da bildirib ki, İspaniya hökuməti onun görüş tələbini qəbul etməzsə, əyalət parlamenti krallığın tərkibindən çıxdığını elan edəcək.