"Siyasətdə baş verənlər idmanda təkrar olunur"

"Siyasətdə baş verənlər idmanda təkrar olunur"

19 Oktyabr 2017 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

"Siyasətdə baş verənlər idmanda da təkrar olunur"

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovdünən UEFA Çempionlar Liqası qrup mərhələsi çərçivəsində "Qarabağ" - "Atletiko Madrid" klubları arasında keçirilən oyununda fransız həkimin qərarını şərh edərkən bildirib.

"Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını - Qarabağ klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandaya isə penalti və digər pozuntulara göz yumuldu", - deyə Prezidentin köməkşisi əlavə edib.

Qeyd edək ki, dünən keçirilən görüşdə fransız hakim Rudi Buke (Ruddy Buquet) 75-ci dəqiqədə "Qarabağ" futbolçusu Dino Ndlovuya qarşı "Ateltiko"nun cərimə meydançasında edilən kobudluğa göz yumaraq, penalti vermək əvəzinə Ağdamı təmsilçisinin üzvünə ikinci sarı vərəqə göstərib və oyundan çıxarıb.