İraqın kürd administrasiyası qondarma "parlament seçkiləri"ni təxirə saldı

İraqın kürd administrasiyası qondarma "parlament seçkiləri"ni təxirə saldı

19 Oktyabr 2017 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

İraqın kürd administrasiyası noyabrın 1-nə nəzərdə tutulan qondarma "parlament seçkiləri"nin keçirilməsini təxirə salıb.

Trend-in məlumatına görə, buna səbəb Kərkükdə son hərbi qarşıdurma, eləcə də heç bir siyasi partiyanın namizəd irəli sürməməsi olub.

Xatırladaq ki, sentyabrın 25-də İraqın kürd muxtariyyəti müstəqillik haqqında qanunsuz "referendum" keçirib.

Oktyabrın 16-da Kərkük tam olaraq İraq ordusunun nəzarətinə keçib.